Bəzi yanacaq markaları gömrük rüsumundan azad edildi












Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

dogruxeber.tv-n məlumatına görə, dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.

Nazirlər Kabinetinin həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.

Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır. /Teleqraf.com

Oxunub: 1 295

Son xəbərlər

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

Bütün xəbərlər