Prezidentin yeni köməkçisi qala gecəsində — FOTOLAR













Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib.


Demokrat.az xəbər verir ki, qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.


Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqdır.


İtaliyanın "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.


Qala tədbirində "Nazareno" Sosial Kooperativi "Sciá Sciá" orkestrinin çıxışını, "EgoMuto kollektivinin xoreoqraf İren Straççiatinin quruluşunda "Səyyahlar", "DanzaMobiles" komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda "Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır" rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.


"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında "Addım" tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın "Əlaqə" meditasiyasını nümayiş etdirib.


"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkətinin direktoru Nigar Sultanova və "Nazareno" Sosial Kooperativinin prezidenti Serxio Vini hər kəsin cəmiyyətdə bərabər hüququ olduğunu qeyd edib, tədbirin əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyəti üçün faydalı olacağına inandıqlarını bildiriblər.


Layihə çərçivəsində iki ölkənin sənət adamlarının təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn birgə rəqs nömrəsi də təqdim olunub.


Qeyd edək ki, qala gecəsində Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov da iştirak edib.


Xatırladaq ki, A.Ələkbərov 2019-cu il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.

Oxunub: 545

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər