Böyük Britaniya Avropa İttifaqında qalacaqmı?














Böyük Britaniyada növbədənkənar parlament seçkilərini dekabrın 12-də keçirmək qərara alınıb. Ölkə parlamentinin İcmalar Palatası mühafizəkar hökumətin təklifi əsasında bununla bağlı qanun layihəsini qəbul edib.
Təşəbbüs Baş nazir Boris Conson tərəfindən irəli sürülüb. Məlumata görə, o, dördüncü cəhddə istəyinə nail olaraq, İcmalar Palatasının yenilənməsini təmin etməklə ölkənin Avropa İttifaqından çıxması ilə əlaqədar yaranmış “parlament iflici”nə son qoyub.

Bu, Liberal Demokrat və Şotlandiya Milli partiyalarının baş naziri dəstəkləməsi nəticəsində mümkün olub. İndiyədək Consonun növbədənkənar parlament seçkiləri keçirmək təklifini üç dəfə bloklamış leyboristlər də hökumətə dəstək veriblər.

Bundan sonra Baş nazir Boris Conson ölkəni “Brexit” dalanından çıxaracağına ümid edir. O bildirib ki, parlamentin hazırkı tərkibdə oktyabrın 17-də Brüssellə əldə olunmuş razılaşmanı təsdiq edəcəyinə inanmır və yenə də müddətin uzadılmasını tələb edəcək.

Xatırladaq ki, oktyabrın 29-da axşam səsverməsi zamanı Britaniya parlamentinin 438 deputatı yeni seçkilərə dəstək verib. Təklifin əleyhinə cəmi 20 deputat çıxış edib, 181 nəfər bitərəf qalıb. Qanuna əsasən, yeni seçkiləri təyin etmək üçün Consona cəmi 320 səs kifayət edirdi.

Parlamentə növbədənkənar seçkilərin keçirilməsi lüzumu Boris Consonun Brüsseldə Avropa İttifaqı ilə razılaşma əldə etməsindən sonra yaranıb. Bununla Britaniya parlamentində pat vəziyyəti əmələ gəlib: deputatlar oktyabrın 17-də Aİ ilə razılaşmanı faktiki olaraq təsdiq etsələr də, Baş nazirin “Brexit” haqqında qanunu üç gün ərzində qəbul etmək barədəki təklifini rədd ediblər. Bu isə hökumətin “Brexit”i 31 oktyabra qədər həyata keçirməklə bağlı planlarını pozub. Bundan sonra Conson yeni parlament seçkiləri keçirmək qərarına gəlib.

Son xəbərlər

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Bütün xəbərlər