"Hər yerdə şəffaflıq, dövlətə və xalqa xidmət əsas prinsip olmalıdır" — YAP-çı deputat













Hüquqi dövlətdə hər hansı cinayətkarın adekvat şəkildə cəzalandırılması adi hüquqi normadır.


Bunu Trend-ə açıqlamasında deputat Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin siyasətinin əsas məzmununu xalqımızın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasiətlərdə şəffaflığın təmin edilməsi təşkil edir:


"Azərbaycanda da qanunlar hamı üçün ümumi məcburi davranış qaydası olduğu üçün hər kəs qanun qarşısında bərabərdir. Cinayət törədən şəxslərin hansısa vəzifəni tutması, yaxud hansısa sosial statusu daşıması əsla qanuni cəzanın tətbiq edilməsini məhdudlaşdırmır. Bir neçə vəzifəli şəxsin xüsusi əməliyyat nəticəsində həbs edilməsini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Təəssüf ki, bəzi hallarda hətta müəyyən vəzifəli şəxslər vətəndaşların rifahına yönəlmiş maddi vəsaiti mənimsəyir, yaxud rüşvət və korrupsiya hallarına yol verirlər. Bu, əsla qəbul edilə bilməz. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir. Ona görə də Prezident İlham Əliyev bu məsələyə toxunarkən bildirdi ki, bu cür hallarda iş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin! Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Bu fikirlər əslində bir daha bəzi neqativ hallara, qanunun aliliyinə xəyanət edənlərə ciddi xəbərdarlıqdır".



Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.



Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər