“Mübarizəni kişi kimi aparmaq lazımdır!” - Çingiz Qənizadə













Cinayət Məcəlləsinin 323.1 - Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma maddəsinə görə, buna yol verən şəxslər 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. Bəs maraqlıdır, indiyə qədər sözügedən maddə ilə hər hansı Azərbaycan vətəndaşı ittiham olunub, cəzalandırılıbmı?

dogruxeber.tv xəbər verir ki, bu barədə Modern.az-a danışan millət vəkili Çingiz Qənizadə də sosial şəbəkələrdə təhqir, şəxsiyyətin alçaldılması hallarına qarşı qanun layihəsinin qüvvədə olduğunu təsdiqləyib. O qeyd edib ki, bu qanun təkcə vəzifəli şəxslərə qarşı deyil, bütün vətəndaşlara sosial şəbəkələr, digər elektron vasitələrlə böhtan atılması, şərəf və ləyaqətin alçaldılması kimi hallara qarşı hüquqları təmin edir:


“Təəssüf ki, bəzi yaramaz insanlar xarici ölkələrdə oturub, sosial şəbəkələr vasitəsilə dövlətimizin başçısına, onun yaxınlarına, hökümətin digər üzvlərinə, Prezident Administrasiyasının yüksək vəzifəli məmurlarına qarşı heç bir etik çərçivəyə, qanuna sığmayan ifadələr işlədirlər. Onların məsuliyyətə cəlb edilməsi ilə bağlı müzakirələr aparıla bilər.

Xaricdə yaşayan azərbaycanlı Orduxan Teymurxan 214.2 - terrorizmə açıq çağırış, 220.2 - kütləvi iğtişaşların təşkil edilməsi və 281.2 - dövlət əleyhinə yönələn açıq çağırış maddələri ilə ittiham olunub və barəsində qərar qəbul edildi. Digər şəxslərin bu cür hərəkətlərinə qarşı isə hələlik belə addım atılmayıb. Xarici ölkələrdə buna necə qiymət verəcəklər, sual altındadır. Amma bir daha qeyd etmək istəyirəm ki, qanun KİV və sosial şəbəkələr vasitəsilə hər hansı şəxsə qarşı qərəzli, böhtan səsləndirmək, müxtəlif çağırışlar etməklə bağlı məsuliyyət yaradır. Hər bir Azərbaycan vətəndaşı mübarizəni sivil yolla, kişi kimi aparmalıdır. Başqasının ailə üzvünü təhqir etməklə, böhtan atıb, nalayiq ifadələr işlətməklə mübarizə aparmaq heç yerdə qəbul olunur”.
Deputat onu da vurğulayıb ki, ölkə daxilində hüquq-mühafizə orqanlarına sosial şəbəkələrdə təhqirlə bağlı müəyyən fərdi müraciətlər daxil olur:

“Vətəndaşlar şəxsi münasibətdə olduğu bəzi istifadəçilərin onları sosial şəbəkədə təhqir etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. Müasir texniki avadanlıqların imkanları sayəsində həmin şəxsləri müəyyənləşdirib, məsuliyyətə cəlb etmək mümkündür.

Ölkə başçısı isə bu cür məsələlərdə həmişə təmkinli olub. Prezident İlham Əliyev hətta onun əleyhinə yazan mətbuat orqanlarına maddi dəstəyin göstərilməsi, həmin KİV-lərin əməkdaşlarına ev verilməsi məsələsində də hər zaman nümunə olub. Halbuki, yaramaz insanlar xaricdə oturub, ölkə başçısına, vəzifəli şəxslərə qarşı təhqiramiz ifadələr işlətməklə, ölkənin indiki hakimiyyətinin devrilməsi ilə bağlı çağırışlar səsləndirməklə qanun pozuntusuna yol verirlər. Hesab edirəm ki, Orduxan nümunəsi hələlik təkdir. Yəqin ki, hüquq-mühafizə orqanları digərləri barəsində də müvafiq addımlar atacaq”.

Son xəbərlər

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Bütün xəbərlər