Azərbaycandan ən çox qeyri-neft məhsullarını alan ölkələrin siyahısı açıqlanıb







2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 18,3 mlrd ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2% artıb.
DogruXəbər.az“Report”-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.
Hesabatda deyilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 781 mln ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 mln ABŞ dolları və ya 16% artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 mln, Türkiyəyə 363,3 mln, İsveçrəyə 164 mln, Gürcüstana 150,6 mln və Ukraynaya 46,3 mln ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12%, Türkiyəyə 13%, İsveçrəyə 33%, Gürcüstana 29% və Ukraynaya 27% artıb.
2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (113,5 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9 mln, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1 mln, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 mln, pambıq lifi ixracı 108,8 mln, kimya sənayesi məhsullarının ixracı 95,5 mln, elektrik enerjisinin ixracı 76 mln, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 mln, şəkər ixracı 26,4 mln, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 mln ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54%, pambıq lifinin ixracı 53%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52%, kimya sənayesi məhsullarının ixracı 30%, pambıq ipliyinin ixracı 28%, elektrik enerjisi ixracı 17%, şəkərixracı 14%, alüminium və ondan hazırlanan məmulatların ixracı 11%, meyvə-tərəvəzin ixracı 9% artıb.
2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 mln ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 mln ABŞ dolları və ya 15% artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıqmahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Oxunub: 850

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər