hadise
5.01.2020, 14:42
Göyçay sakini özünü asdı

Göyçay rayonunda intihar hadisəsi baş verib.
"dogruxeber.tv" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


