“Qusqa” keçmiş həmkarının rəqibinə seçkilərdə sponsorluq edəcək? — Kamil Musavidən İDDİALARA CAVAB

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Qarabağ qazisi Kamil Musavinin hazırda həbsdə olan keçmiş deputat Hüseyin Abdullayevin adamları tərəfindən dəstəklənməsi barədə xəbərlər yayılıb.
DoğruXəbər.az bildirirki Demokrat.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunur ki, Kamil Musaviyə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı “Qusqa”nın adamıarı tərəfindən lazımı dəstək veriləcək. Hətta, onun seçki kampaniyasının da məhz Hüseyn Abdullayevin adamları tərəfindən maliyyələşdiriləcəyi deyilir.
Sözügedən iddialarla bağlı Kamil Musavinin mövqeyini öyrəndik. O, haqqında yayılan məlumatların yalan olduğunu bildirdi:
"Mən “Qusqa”nı tanımıram, onunla heç zaman görüşməmişəm. Mən dövlətimin və xalqımın adamıyam. Məni hamı yaxşı tanıyır. Ancaq mən “Qusqa”nı tanımıram. Axı “Qusqa” kimdir ki, mənə dəstək versin? Mən Hüseyn Abdullayevi ümumiyyətlə tanımıram".
Xatırladaq ki, Hüseyn Abdullayevlə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa digər namizəd olan Fəzail Ağamalı arasında 2007-ci ildə Milli Məclisdə dava düşmüşdü. Həmin vaxtı Hüseyn Abdullayevin deputat mandatına xitam verilmişdi.


