gundem
8.01.2020, 11:21
Bakıda ölümə səbəb olan içkini satan - MAĞAZA SAHİBİ SAXLANILIB

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.
DoğruXəbər.az FED.az-a istinadən xəbər verir ki, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.
Eləcə də bax: Zəhərlənmələrə səbəb olmuş spirtli içkinin markası və onu satan restoranlar - MÜƏYYƏN EDİLİB
Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.
Report


