Masallıda qədim qəbristanlıq dağıdılır –İCRA BAŞÇISI ORADA OBYEKT TİKDİRMƏK İSTƏYİR?






Masallı rayonunun Hişkədərə kəndindəki qədim qəbristanlığı sökərək, yerində obyekt tikmək istəyirlər. DoğruXəbər.az JAMAZ.İNFO -a istinadən xəbər verir ki, artıq qəbristanlıq hasara alınıb və orada tikinti işləri aparmaq üçün hazırlıq görülür.

Bildirək ki, Hişkədərə kəndindəki qədim qəbristanlığın bəzi tarixçilərə görə, yaşı orta əsrlərə qədər gedib çıxır. Lakin həmin qəbristanlıqda aşkarlanan küp qəbirlər isə bu tarixin 2000 ilə qədər gedib çıxdığını deməyə əsas verir. Hal hazırda Hişkədərə qəbristanlığı qədim mədəniyyət abidəsi kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Kənd sakinlərinin JAMAZ.İNFO-ya verdikləri məlumata görə, 6 ay bundan əvvəl başlayan prosesdə ən fəal adamlar Masallının sabiq icra başçısı, hazırda Ağcabədi rayonuna icra başçısı təyin edilmiş Rafil Hüseynov, kənd icra nümayəndəsi Humra Cəfərova və kəndin axundu Söhrab Ağayev olublar. Onların bildirdiyinə görə, bir qrup şəxsin marağında olan bu tikinti işini həyata keçirənlər fəaliyyətə başlamaq istəsələr də, camaatın etiraz etməsi, prosesi bir qədər yubadıb. İddia edilir ki, həmin obyekti inşa etdirmək istəyən şəxs elə Masallının icra başçısı Rafil Hüseynov olub. Sadəcə, bir qrup adamı qabağa verib.

Tarixi Abidlərin Bərpası və Qorunması İdarəsinin Masallı rayon şöbəsinə bununla bağlı müraciət edilsə də, onlar da səslərini çıxarmayıblar. Daha doğrusu, işin içində icra başçısının marağının olması səbəbindən səslərini kəsiblər.

Hişkədərə kənd sakini Arif İmanov JAMAZ.İNFO-ya deyir ki, yaşı təxminən 2500 ilə qədər gedib çıxan tarixi bir qəbristanlığı ticarət obyektinə qurban vermək, təkcə, ədalətsizlik deyil, həm də cinayətdir. Onun sözlərinə görə, belə bir tarixi qorumaq, tədqiq etmək əvəzinə, hansısa maraqlara görə, məhv etmək yolverilməzdir və bunun qarşısı alınmalıdır. "Məsələ ilə bağlı birbaşa Mədəniyyət Nazirliyinə müraciət etmişik. Onlardan cavab gözləyirik. Bizə deyiblər ki, yavarın 10-na kimi cavab gəlməlidir. Əks təqdirdə, kənd sakinləri öz tarixlərini qorumaq üçün qanunun tələb etdiyi şəkildə mübarizəyə başlayacaq”.

İmanov mediadan xahiş edir ki, məsələni diqqət çərkəzində saxlasınlar.

Xatırladaq ki, Masallıda mədəniyyət və tarixi abidələrin dağıdılması hadisəsi ilk deyil. Belə ki, hələ bir neçə il əvvəl də Meşəkanar kəndi yaxınlığındakı qədim kurqanları dağıdaraq, onun torpağını kərpic zavoduna satmaq istəyirdilər. Yerli camaatın və medianın məsələni gündəmə gətirməsindən sonra zavod rəhbərliyi geri çəkilməli olmuşdu. Lakin buna qədər həmin kurqanlardan birinin torpağı tamamilə daşınmışdı. Onu da deyək ki, qeyd olunan hadisədə də keçmiş icra başçısı Qəzənfər Ağayevin adı hallanırdı.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Masallıda qədim qəbristanlıq dağıdılır –İCRA BAŞÇISI ORADA OBYEKT TİKDİRMƏK İSTƏYİR?

Oxunub: 764

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər