gundem
9.01.2020, 10:16
Azərbaycan nefti ucuzlaşıb - QİYMƏT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,58 dollar yaxud 0,83% azalıb.
DoğruXəbər.az FED.az-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,46 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


