Nərminin qatili həbs olunmaya bilər... - Hüquqşünas şərti açıqlayır

“Hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz”.
Bu sözləri Lent.az -a hüquqşünas Şamil Paşayev Nərminin qatilinin anlaqsız olması barədə yayılan məlumatlardan danışarkən bildirib.
Psixi durumu yerində olmayan, etdiyi əməlin mahiyyətini dərk etməyən şəxslərin əvvəllər də cinayət törətmələri barədə mediada xeyli məlumatlar yazılıb. Kimisi öz qohumunu, kimisi həkimi öldürüb. Hətta ötən il Bərdədə mağaza sahiblərinə hədə-qorxu gəlib onların pulunu alan şəxsin ruhi xəstə olduğu üzə məlum olub. Son günlər ölkə gündəmini zəbt edən Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı 48 gün gizlədib sonra isə öldürüb yandırmaqda şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun da psixi problemləri olduğu deyilir. Buna görə də, onun həbs ediləcəyi yaxud stasionar müalicəyə göndəriləcəyi barədə cəmiyyət arasında çaşqınlıq yaranıb.


