İşə düzəlmək istəyən qızı aldadıb evinə gətirdi, sonra... - Azərbaycanda ŞOK OLAY











Bakıda zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

DoğruXəbər.az -ın xəbərinə görə, ailəli olan Xəqani Paşayev hazırkı cinayət işindən əvvəl də cinayət törədib. Başqa şəxsə bədən xəsarəti yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə mühakimə olunub.

Həbsdən azad edildi, ağır cinayət törətdi

Xəqani Paşayev Abşeron rayon Məhkəməsinin 3 mart 2016-cı il tarixli hökmü ilə 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən 15 iyun 2016-cı ildə amnistiya qaydasında cəzadan azad edilib.

Cəzadan azad olunan Xəqani Paşayev bir neçə ay sonra, yəni, həmin ilin dekabrında daha ağır cinayət törədib. O, paytaxtın Binəqədi rayonunda qadına təcavüz etməkdə günahlandırılıb.

Dayısının adı ilə aldatdı

Belə ki, Xəqani Paşayev dekabrın 10-da, saat təxminən 22 radələrində ona icarəyə götürdüyü "Gladiator" adlı çay evində işləmək üçün müraciət edən Vəfa Babayeva (ad və soyad şərti verilib – red.) yalandan dayısının məscidlərə nəzarət edən şəxs olmasını və onu sonuncunun yanında işə düzəldəcəyini bildirib.

Qadını kirayə qaldığı evə gətirdi

Xəqani Paşayev dayısı ilə iş barəsində birlikdə söhbət edəcəkləri adı altında aldadıb və Vəfa Babayeva ilə zorla cinsi əlaqədə olmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Əlinin idarə etdiyi "Mercedes C 180" markalı avtomobillə kirayədə yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, nömrəsiz fərdi evə gətirib.

Təcavüzə məruz qalan qadın polisə üz tutdu

Xəqani Paşayev Vəfa ilə içəri girəndən sonra ona qarşı zorakılıq edib. O, Vəfanın qolunu buraraq zor tətbiq etməklə həmin evin yataq otağında olan çarpayıya üzü üstə uzadıb.

Daha sonra Xəqani Paşayev əynində olan bütün paltarları zorla çıxararaq sonuncuya ağır xəsarət yetirib. Sonra Vəfa ilə zorla cinsi əlaqədə olub.

Vəfa Babayeva təcavüzə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Xəqani Paşayev həbs edilib.

5 il 6 ay cəza

İstintaq orqanı tərəfindən Xəqani Paşayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Paşayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəqani Paşayevin şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Xəqani Paşayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Xəqani Paşayevin kasasiya şikayəti də təmin olunmayıb.
Publika.az

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər