Şöbə rəhbəri: "Formula 1" yarışı Azərbaycana 506.3 milyon dollar gəlir gətirib"











"Formula 1" yarışına ilk gündən iqtisadi və uzun müddətli layihə kimi baxmışıq. Çünki bu tip layihələr ölkə iqtisadiyyatına müsbət təsir göstərir".

DoğruXəbər.az ın məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formual 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən deyib.

O, Bakıda keçirilən "Formula 1" yarışının ölkə iqtisadiyyatına gətirdiyi gəlirin məbləğini də açıqlayıb:

"Hər il 22 ölkə, 5 qitədə "Formula 1" yarışları keçirilir. Secindirici haldır ki, Azərbaycan da bu ölkələr arasındadır. Önəmli bir məlumat verim. 4 il ərzində Azərbaycanda keçirilən qran-prinin ölkəyə gətirdiyi gəlir açıqlanıb. Bu məbləğ 506.3 milyon dollara (860 milyon manat) bərabərdir. Bu, çox gözəl məbləğdir və bizim uğurumuzdur. "Formula 1" yarışının "Top 10"luğu seçilib. Azərbaycan 2017 qran-prisi də artıq bu "10"luqdadır. PwC şirkəti ilə əməkdaşlıq edirik. İldən-ilə xərclərimiz azalır. Birinci ildə daha çox infrastruktura, ölkənin tanıtımına vəsait ayrılmışdı. Artıq o xərclər də yoxdur. Artıq əcnəbilərin çoxu Azərbaycanın, Bakının harada olduğunu bilir. Bu səbəbdən artıq sırf olaraq bilet satışı və məhsullarımızın tanıtımı ilə bağlı pul xərcləməyi planlaşdırırıq. Ümid edirəm ki, 2020 Qran-Prisi daha uğurlu olacaq".

Qeyd edək ki, 2020-ci Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.
“Report”

Son xəbərlər

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Bütün xəbərlər