Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Azərbaycan gəncliyində öz gücünə, istedadına inamı daha da artırıb





Azərbaycanda gənclərə dövlət tərəfindən yüksək səviyyəli diqqət və qayğı göstərilir. Buna misal kimi, gənclərin müxtəlif sahələrdə dövlət tərəfindən himayə olunmasını göstərmək olar. Azərbaycanda gəncliyin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının həyata keçirilməsi, eyni zamanda, davamlı şəkildə dövlət idarəçiliyinə gənc kadrların cəlb edilməsi bu siyasətin bariz nümunəsidir. Dövlətin gənclərə dəstək və diqqəti Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb.
Bu siyasətin həyata keçirilməsinin təbii əsasları var. Belə ki, əhalinin son iyirmi ildə təbii artım tempi ölkənin sosial identifikasiyasının yenilənməsinə və əhalinin sayında gənc nəslin payının artmasına səbəb olub. Əgər müstəqilliyin ilk illərində ölkə əhalisinin sayı yeddi milyon idisə, artıq bu say on milyonu ötüb. Əhalinin təbii artımı özündə dövlət və cəmiyyət üçün müsbət imkanlar yaratmaqla yanaşı, sosial-iqtisadi cəhətdən bir çox risklərin meydana çıxmasına səbəb olan amildir. Bu mənada, baş verə biləcək proseslərin uğurla idarə olunması ciddi təhlillərə söykənən dövlət siyasətinin həyata keçirilməsini şərtləndirir. Müstəqilliyin müxtəlif dövrlərinin təhlili hər bir dövrün özünəməxsus xarakterini müəyyən etməyə imkan verir.
Son dövrlər gənc nəsildən olan yaxşı təhsil almış, müasir baxışlı yeni insanların dövlət idarəçiliyinə cəlb edilməsi və bu kadrların dövlət idarəçiliyi iyerarxiyasında ön sıralara çəkilməsi dövlət siyasətinin tərkib hissəsidir. Bu, eyni zamanda, dövlətin maraqlarının ən müasir siyasi, elmi, texnoloji əsaslarla təmin olunmasına imkan verən strateji xəttin tərkib hissəsidir. Prezident İlham Əliyev bu məsələyə Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında ona ünvanlanmış sualları cavablandırarkən də toxunub. Dövlət başçısı hökumətin tərkibində köklü dəyişikliklərin ölkə üçün müəyyənləşdirilmiş siyasətin tərkib hissəsi olduğunu bildirib. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət edildiyini və bu dəyişikliklərin zamanla ayaqlaşmanın tərkib hissəsi olduğunu qeyd edib. Gənc kadrlar nəinki təkcə hökumətə, eyni zamanda, Prezident Administrasiyasına da gətirilib. Eyni zamanda, bu ilin fevral ayında keçiriləcək parlament seçkiləri islahatların qanunvericilik müstəvisində də reallaşdırılması imkanının yaradılmasına hesablanıb və bunu ölkənin siyasi səhnəsinin cavanlaşdırılması istiqamətində cəmiyyətə verilmiş yeni bir şans kimi də dəyərləndirmək olar. Prezidentin fəaliyyəti barədə ictimai rəyin öyrənilməsi məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmalar da göstərir ki, kadr və struktur islahatları respondentlərin böyük əksəriyyətinin gözləntilərini doğruldub və onların əsas gözləntiləri gənc nəsil üçün yeni perspektivlərin və imkanların yaradılması olub. Bu mənada, hökumətdə təmsil olunan yaşlı nəslin daha gənc kadrlarla əvəz olunmasının da respondentlər tərəfindən müsbət qarşılanması həyata keçirilən siyasətin uğurundan xəbər verir. Beləliklə, ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə öz təsdiqini tapıb.
Prezident İlham Əliyevin seçkilərdən sonra parlamentin də həyata keçirilən islahatların mühüm hissəsi olacağına əmin olduğunu bildirməsi bu istiqamətdə baş verəcək dəyişikliklərə siyasi rəhbərliyin maraqlı olduğunu göstərir.

Son xəbərlər

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Bütün xəbərlər