gundem
28.01.2020
ABŞ-ın Alabama ştatında yanğın zamanı 8 nəfər ölüb

ABŞ-ın Alabama ştatının Skottsboro şəhərindəki qayıq dokunda baş vermiş yanğın zamanı azı səkkiz nəfər ölüb.
DoğruXəbər.az “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “NBC” televiziya şirkəti məlumat yayıb.
“Hazırda səkkiz nəfərin öldüyünü təsdiqləyə bilərik”, - deyə şəhər yanğınsöndürmə idarəsinin rəisi Cin Niklaus bildirib.
Onun sözlərinə görə, hazırda gəmilərin içərisində neçə nəfərin olduğunun müəyyənləşdirilməsi işləri görülür. Yanğın nəticəsində, ilkin məlumatlara görə, 35 gəmi yanıb.


