dunya
24.04.2018
Çində baş verən yanğın nəticəsində 18 nəfər ölüb

Çinin cənub bölgəsində karaoke-barda güclü yanğın baş verib.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tsinyuan şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın nəticəsində 18 nəfər ölüb, müxtəlif dərəcəli xəsarət alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri araşdırılır. Karaoke-barın qəsdən yandırıldığı ehtimal edilir.


