gundem
1.02.2020
Azərbaycanda dəhşətli qətl: 25 yaşlı gənci qəbiristanlıqda öldürdülər

Şamaxıda qətl törədilib.
DogruXəbər.az-ın məlumatına görə, hadisə şəhərin “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb/Apa


