Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ












Vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin, bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətinə baxılması işi müzakirə olunub:

DogruXəbər.az xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılov qeyd edib ki, vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb.

“Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 64 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 793 nəfərə xəbərdarlıq edilib.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülüb, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, səkkiz nəfərin əmək müqaviləsinə xitam verilib, üç nəfərin dərəcəsi aşağı salınıb, həmçinin, 244 nəfərə xəbərdarlıq edilib”./Oxu.Az

Oxunub: 778

Son xəbərlər

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Bütün xəbərlər