Hökumətdən varlılara ŞOK xəbərdarlıq: Bahalı villalar kütləvi satışa çıxarılır













"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti(ASC) varlıların villaları, onlara məxsus istixanalar və obyektlərin işıq pulu verməkdən yayınması barədə ilginc məlumat yayıb. "Azərişıq"ın mətbuat xidmətindən bildiriblər ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı"nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması üçün "Azərişıq" tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

Məlumatda qeyd olunur ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

"Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.



Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaqdır", - deyə məlumatda bildirilir.

Aydındır ki, həm villalar, həm bahalı obyektlər (hotellər də daxil), o cümlədən istixanalar ("parniklər") əsasən imkanlı adamlara, eləcə də məmur-oliqarxlara məxsusdur. Varlıların belə mülklər daha çox paytaxtın "milyonerlər məhəlləsi" kimi tanınan Gənclik və Binəqədi rayonunda "Vorovski" kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.

Villaların işıq pulu ödəməkdən ən müxtəlif üsullarla yayınması yeni xəbər deyil. Amma əhali ilə müqayisədə onların işığını kəsmək o qədər də asan məsələ deyil. Bu səbəbdən "Azərişıq"ın xəbərdarlığı o anlama gəlir ki, artıq hökumətin də bu məsələdə "səbir kasası" dolub.

Daşınmaz əmlak bazarı üzrə ekspertlər "Yeni Müsavat"a bu xəbərdarlığı şərh edərkən deyiblər ki, xüsusən ötən ilin sonlarından qiyməti 1 milyon manat və daha yuxarı olan villaların satışa çıxarılması ilə bağlı elanların saytı artıb.

Ekspertlər bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır: "O cümlədən bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər. Bundan başqa, əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb".

Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Bu da onu göstərir ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.

Parniklərə gəlincə, iddialara görə, varlı məmur təbəqəsinin Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları ("parnik") var. Bu istixanalarda isə ən müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən xaricə satılan güllər də daxildir. Bu biznes onlara yaxşı pul qazandırsa da, belə görünür ki, tutduqları mövqedən istifadə edərək dövlətin işıq pulunu belə vermək istəmirlər. Eləcə də hotellərlə bağlı vəziyyət də fərqli deyil. Azərbaycana turist axını var və hotellərin ( əyalətlərdə də) bu işdən qazancları da pis deyil. Amma göründüyü kimi, onlar yaxşı qazansalar da, kommunal borcları ödəmək istəmirlər. Məhz bu səbəbdən də "Azərişıq" indi onlara adlarını açıqlayacağı ilə xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Oxunub: 629

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər