İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO














Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı, "Azərbaycan-Türk Mədəniyyət Assosasiyası", "Azərbaycanın Dostları" və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi" diaspor təşkilatları ilə birlikdə İsveçrədəki diasporamızın sıx məskunlaşdığı Soloturn şəhərində faəliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən bildirilib ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova qonaqları salamlamış və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilıb. Səfir çıxışını Ümummilli Lideri Heydər Əliyevin: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." sözləri ilə başlamışdır.

Səfir daha sonra Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu söyləyib. Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanıdılması istiqamətində Azərbaycan dövləti və diasporu tərəfindən görülən işlərə toxunan X.İbrahimova bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyası barədə danışıb və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması sahəsində əldə edilmiş nailiyyətləri sadalayıb.

Səfir çıxışının sonunda ölkə rəhbərimiz bütün səfərlərində ermənilərin həyata keçirtdiyi bu qanlı faciə ilə bağlı faktları daim həmsöhbətlərinə çatdırdığını qeyd edib. Səfir son olaraq cari ilin fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan panel müzakirələrində ölkə rəhbərimiz Ermənistanın işğalçı dövlət olmasını bir daha dünya birliyinin diqqətinə çatdırmasını, ermənilər tərəfindən xalqımıza, o cümlədən mədəniyyətimizə qarşı törədilmiş soyqırımlar barədə məlumat verməsini və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistan dövlətinə qarşı lazımi tədbirlər görməyə çağırması barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra "Azərbaycan-Türk Mədəniyyət Assosasiyası"nın rəhbəri Cəvzət Aras qonaqları salamlamış və Xocalı faciəsinin erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirib və Azərbaycanın ümummilli maraqlarının müdafiəsi məsələsində azərbaycanlıları bir olmağa çağırıb.

Çıxışlardan sonra "613" adlı sənədli film nümayiş olunub.
Eləcə də, Səfirlik tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən sərgi nümayiş olunub və Xocalı soyqırımına eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra, iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.

Oxunub: 782

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər