Cavid Qurbanovla bağlı İLGİNC İDDİALAR - Belə deyirlər...
















Son günlər fəaliyyətindəki neqativlərlə diqqətə gələn “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub. Bəri başdan qeyd edək ki, əldə etdiyimiz məlumatların bəziləri ilə bağlı araşdırma apardığımızdan onları növbəti günlərdə diqqətinizə təqdim edəcəyik. Hələliksə...

Cavid Qurbanov dostlarını necə "satıb"...

Dia.az xatırladır ki, mətbuata açıqlamalarının birində Cavid Qurbanov keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovla yaxın dost olduğunu bəyan etmişdi və hətta karyera yüksəlişində də Ziya Məmmədovun müstəsna xidmətlərini danmırdı. Amma sonrada onların arası müəmmalı səbəbdən dəydi.

Bunu xatırladan məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanov həm Ziya Məmmədov və həm də sələfi Arif Əsgərovla həqiqətən də yaxın münasibətlərdə olmasına rəğmən sonradan onlar barəsində "yuxarılara" məlumatlar ötürərək hər iki şəxsin gözdən düşməsinə müvəffəq olub. Bununla da kifayətlənməyən Cavid Qurbanov paralel olaraq mətbuatda da hər iki sabiq məmurun nüfuzdan salınması üçün əməlli-başlı çaba sərf edib.

Qarşılıqlı şantaj...

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, ardından Cavid Qurbanovun susdurulması üçün hərəkətə keçən dostlar artıq etimaddan düşdüklərindən əllərində olan və həqiqətən də Cavid Qurbanovu bitirə biləcək faktları ictimailəşdirməkdən belə yayınırlar. Mənbə iddia edir ki, ilk başdan onlar da “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbbərinə adekvat cavab vermək fikrinə düşüblər və Cavid Qurbanocun "Azəryolservis" rəhbərliyindəki yeyintisini ifşa edən faktları ictimailəşdirməyi qərarlaşdırıblar.

Sonradan bu msələnin daha böyük ajiotaja səbəb olacağını və bu işdə çoxlarının yana biləcəyini bildiklərindən fikirlərindən daşınıblar.

Beləcə görəvə gəlib...

Mənbə iddia edir ki, bu gün də Cavid Qurbanov bəzi çevrələri açıq şəkildə şantaj etməklə məşğuldur: "Bu, səlində QSC sədrinin qabaqcadangəlmişliyi kimi də qəbul oluna bilər. Çünki əks halda, özü eyni üsulla mövqelərini itirə bilər və hətta fəaliyyəti araşdırılarsa, barəsində hüquqi işləmlər də aparıla bilər...

Araşdırmalarımız davam edir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər