gundem / sosial
16.03.2020
FED-dən dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

ABŞ-ın Mərkəzi Bankı fuksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini sıfıra endirib. Məqsəd koronavirus səbəbindən yarana biləcək risklərlə mübarizədir.
dogruxeber.tv xəbər verir ki, Açıq Bazarlarda Əməliyyat üzrə Federal Komitə bu barədə açıqlama yayıb:
“COVİD-19-un fəsadları qısa müddətdə iqtisadi fəallığa təsir göstərəcək, bu isə iqtisadi perspektivlər üçün təhlükə yaradır. Hadisələrin belə inkişaf etməsi fonunda komitə federal fond dərəcəsinin hədəf səviyyəsini 0-0,25%-ə endirməyi qərara alıb”.
Həmçinin 700 milyard dollarlıq genişlənmə proqramı açıqlanıb. /Cebhe.info/


