dunya
21.03.2020
Ruhanidən ABŞ-a inanılmaz mesaj: “Biz indi qardaşıq”

“Koronavirusla mübarizədə ABŞ-a dəstək vermək istəyirik”.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
Prezident dünyanı cənginə alan koronavirusun ölkələr arasında qardaşlıq münasibəti yaratdığını bildirib: “Qardaşlaşma dönəmindən keçirik. Yeni tip koronavirusun öhdəsindən gəlməyin yolu birlikdən keçir”.
İranın səhiyyə naziri Əli Rza Rəisi də ehtiyac olacağı halda ABŞ-a tibbi dəstək verməyə hazır olduqlarını bildirib.
İndiyədək İranda 18400 nəfər koronavirusa (“Kovid-19”) yoluxub, 1200 nəfər isə həyatını itirib.
ABŞ-da 14549 yoluxma halı qeydə alındığı halda, 218 nəfər bu səbəbdən vəfat edib. (teleqraf.com)


