Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH












Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən Azərbaycanda koronavirusa qarşı görülən işlərdən, tədbirlər planından söz açıb.

Prezidentin müsahibə zamanı səsləndirdikləri fikirlər ictimai məsuliyyət, sosial davranış qaydalarına əməl edilməsi yönündə vacib çağırışlardan ibarətdir.

“Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə, edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcək”, - deyə Prezident bildirib.

İlham Əliyev Azərbaycan xalqının mental dəyərlərinin, xalqın psixologiyasında həmrəyliyin dərin kök salmasına da toxunub.

Prezident müsahibədə bu məqamları qabardaraq, Azərbaycan xalqının etnik, sosial mənsubiyyətindən asılı olmayaraq, koronavirusa qarşı mübarizədə yumruq kimi birləşdiyi mesajını verib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda milli həmrəylik, məsuliyyət, milli birlik bizə bu xəstəliyə qalib gəlməyə imkan verəcək.

İlham Əliyev xalqa çağırış edərək, “yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun” deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

İlkin olaraq Prezidentin Ehtiyat Fondundan Dəstək Fonduna 20 milyon manat ayrılıb.

Bununla yanaşı, müxtəlif ictimai təşkilatlar, hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər, dövlət qurumları bu Fonda müxtəlif məbləğlərdə ianələr ediblər.

Prezident müsahibədə qeyd edib ki, qısa zamanda Fonda 60 milyon manat vəsaitin yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir.

“Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir”, - deyə Prezident bildirib.

Ölkə rəhbərinin çağırışları koronavirus xəstəliyinə qarşı mübarizəyə stimul verməklə, vətəndaşların sosial məsuliyyətinin daha da artırılmasına istiqamətlənib.

Əhalinin sağlamlığının qorunması, xalqın rifah halının maksimum şəkildə yaxşılaşdırılması Azərbaycan dövlətinin qarşısına qoyduğu prioritetlər siyahısında ilk sıradadır. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial layihələr həyata keçirilir və bu sosial siyasətin sürəti bundan sonra da yavaşımayacaq.

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur, bəzi ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə maliyyə çatışmazlığı ilə üzləşir.

Prezident isə deyib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək.

İlham Əliyev əmin edib ki, bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur.

Son xəbərlər

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Bütün xəbərlər