https://baku.ws/uploads/posts/2020-04/1586869475_aqqquqqu.jpg






Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır.

dogruxeber.tv xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirus infeksiyası ilə bağlı son zamanlar vətəndaşlarda bir az arxayınlıq hiss olunur:

“Düşünürəm ki, arxayınlığa yol vermək olmaz. Lazım gələrsə, hətta karantin rejimini bir az da gücləndirmək lazımdır. Çünki eşitdiyimiz xəbərlər söyləməyə əsas verir ki, vətəndaşlarımızın çoxu bu təhlükəyə laqeyd yanaşır, karantin rejimini pozanların sayı artır. Belə hallara yol verməmək və məsuliyyəti daha da artırmaq lazımdır".

Deputatın sözlərinə görə, 2 saatlıq evdən çıxmaq icazəsini də müəyyən qədər məhdudlaşdırmaq və yaxud qrafikə salmaq lazımdır:

"Son günlər həkimlərimizin səyi nəticəsində müalicə olunub sağalanların sayının artması, ölüm sayının çox aşağı rəqəmdə olması bizi heç də arxayın salmalı deyil. Bu virusun xarakteri elədir ki, 20 gün əvvəl yoluxanlar indi ortaya çıxa və yoluxanların sayını artıra bilər. Düşünürəm ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatdırmaq üçün karantin rejimini uzatmaq lazımdır”.

Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:

“Virus Çində 4-5 ay bundan öncə başlayıb. Onlar bir ay öncə sevinərək epidemiyanı lokallaşdırdıqlarını bildirsələr də, indi epidemiyanın ikinci dalğası gəlməyə başlayıb. Digər ölkələrdə də prosesin sönməsi hələ görünmür, əksinə, şiddətlənmənin şahidi oluruq. Azərbaycanda koronavirusa yoluxma, ölüm göstəricilərin aşağı olması bizi sevindirir, ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil".

M.Quliyev əlavə edib ki, vətəndaşların çoxu hələ də bu ağır və dəhşətli fəsadları ola biləcək infeksiyaya ciddi yanaşmırlar:

"Bir həkim kimi mənim münasibətim ondan ibarətdir ki, 20 günlük karantin müddəti koronavirusun lokallaşması üçün kifayət deyil. Biz bu bəlanın fəsadsız keçməsini istəyiriksə, karantin rejimini qoruyub saxlamalıyıq. Çünki bu epidemiyanın qarşısının alınmasının yeganə yolu sosial izolyasiya yoludur. Bu, həm psixoloji və sosial, həm də iqtisadi baxımdan çətindir. Ancaq bunların heç biri ölümlə, ağır xəstəliklə müqayisədə göz önünə alınası problem deyil. Ona görə mən bir daha vətəndaşlarımızı səbrli, məsuliyyətli olmağa çağırıram”.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər