dunya
20.04.2020
Dilini udmusan?

Tramp, Nyu Yorkun yardıma ehtiyacı var, sən hardasan?
Bunu Nyu York meri Billi de Blasio keçirdiyi mətbuat konfransında deyib.
O, ABŞ lideri Donald Trampın koronavirusla mübarizədə Nyu York şəhərinə yardım etmədiyini bildirib.
"Dilini udmusan? Cənab Prezident, Nyu Yorku xilas edəcəksən, yoxsa onu ölümlə üz-üzə qoyursan?" - Blasio Trampa müraciətlə deyib.
Qeyd edək ki, Nyu York ABŞ şəhərləri arasında koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayına görə ilk yerdədir.


