Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə — FOTO













Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
DSX-dan verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşı­rıq­larının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şə­raitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüş keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk­turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qa­zax ra­yonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu isti­qamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.
“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti mü­şavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möh­kəm­ləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə — FOTO
Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə — FOTO

Oxunub: 802

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər