Rusiya küncə sıxılır





Mayın 1-dən etibarən OPEK ölkələrinin neft hasilatını azaltmaqla bağlı razılaşması qüvvəyə minəcək. Lakin burada önəmli bir məqam var. Qərarda hasil olunan neftin azaldılması nəzərdə tutulub, lakin neftin satılmasına dair hər hansı bir razılaşma yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli “Saudi Aramko” şirkətinin Rusiya tədarükçülərini Avropa neft bazarından sıxışdırması haqqında danışarkən deyib. O bildirib ki, hazırda Avropa bazarı uğrunda qızğın mübarizə gedir:

“Bu gün koronavirus pandemiyasına görə dünyada 4 milyarda yaxın insan evindədir. Bu da tədricən dünya iqtisadiyyatında istehlak və istehsalın azalmasına gətirib çıxarıb. Xüsusilə aviareyslər, nəqliyyat, turizm sistemi tamamilə dayanıb. Mövcud vəziyyət bazarlarda rəqabəti kəskin şəkildə artırıb”.

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı neft bazarında aqressiv rəqabət aparır:

“Hazırda istehlakla bağlı gərgin bir situasiya yaranıb. Bu vəziyyətdə istənilən şirkət və ölkə öz müştərisini itirmək istəmir. Xüsusilə də neft hasil edən ölkələr çıxarılan nefti saxlamağa yer tapa bilmirlər. Bu səbəbdən Səudiyyə Ərəbistanı çox aqressiv şəkildə müştəri qazanmağa və hər yerdə əsas rəqiblərini sıxışdırmağa çalışır. Avropa bazarı Səudiyyə üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu region həm logistik, həm də çatdırılma xərcləri baxımdan daha yaxın və sərfəlidir”.

Ekspert bildirib ki, bu gün Səudiyyə Ərəbistanı neftinin Rusiya neftindən bir sıra üstünlükləri var:

“Rusiyanın “Ural” markalı neftinin tərkibində kükürd daha çoxdur. Bu da öz növbəsində istehsalda itkilərə səbəb olur. Səudiyyənin nefti isə daha keyfiyyətlidir və daha çox aviayanacaq, benzin, mazut və s. alınır. İkinci bir üstünlüyü isə Səudiyyə Ərəbistanı neftinin ucuz başa gəlməsidir. Digər tərəfdən texnoloji cəhətdən daha rahat çıxarılır. Çünki Səudiyyə öz neftini daha dayaz səthdən çıxarır. Rusiyanın nefti isə əsasən Sibirdən çıxarılır və bu, həm çox məsrəfli, həm də çətin prosesdir”

Son xəbərlər

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Bütün xəbərlər