hadise
7.05.2020, 10:14
Yevlaxda qaraçı qətlə yetirildi

Yevlaxda qətl hadisəsi baş verib.
Hadisə rayonun Kamil Nəsibov küçəsində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü, qaraçı milliyətindən olan əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Dərvişov həmin millətdən olan tanışı 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən R.Dərvişov saxlanılıb. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Milli.az/


