hadise
13.05.2020, 11:27
Masallı sakinindən odlu silah götürülüb

Masallı sakinindən odlu silah aşkarlanıb.
dogruxeber.tv bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.


