“Özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil”












Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün efirdə səsləndirdiyi “Rüşvət alıb ad veriblər” sözlərinə sərt münasibət bildirib.
O, bu barədə İnstaqramda yazıb:
“Kimlərəsə “ad” verdilər... Bəli, verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi, verdilər o adları. Mən də narazıyam! Bu, tam başqa mövzudur. Kiminsə çörəyinə bais olum, fürsətçilik edim? Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım. Şeyx Əbdül, “rüşvət alıb ad veriblər” deyə müsahibə vermisiniz. Deyən gərək, sizə də 2018-ci ildə Xalq artisti adı verdilər. Sizdən də rüşvət aldılar, aldılarsa, kim və nə qədər? “Adlarla” bağlı narazılıq məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib, imza toplaya bilərdiniz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad verməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa... vay hallarına! Mənim nə nazirlikdən, nə onun böyüyündən asılacağım var. Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın, nə də rüşvət verənin tərəfini tuturam. Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı, nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil”./Axsam.az/

Oxunub: 732

Son xəbərlər

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bütün xəbərlər