gundem / hadise
15.05.2020
10 milyon donuz məhv ediləcək

ABŞ-da 10 milyon donuz məhv ediləcək.
dogruxeber.tv bildirir ki, Yenisabah.az xarici mətbuata istinadən xəbər verib ki, donuzların məhv edilməsi prosesi sentyabr ayının ortalarınadək davam edəcək.
Ölkənin Milli Donuz əti İstehsalçıları Şurası bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ət fabriklərinin istehsal gücü azaldığı üçün fermalarda donuzların sayı kəskin artıb. Bu isə qida və yer çatışmazlığı ilə nəticələnib. Bu səbəblə fermerlər donuzların sayını azaltmaq məcburiyyətindədirlər.


