hadise / bolge
16.05.2020
Keçmiş icra başçısının evində intihar: Gözətçi özünü güllələdi

Göyçayda intihar hadisəsi baş verib.
dogruxeber.tv-ın Oxu.az-a istinadən məlumatına görə, 1952-ci il təvəllüdlü Cəfərov Ağahüseyn ov tüfəngindən atəş açaraq, özünü öldürüb.
O, həmin evdə gözətçi işləyib.
Qeyd edək ki, ev Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arzu Qafurova məxsusdur.
Faktla araşdırma aparılır.


