İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı



















İsmayıllının Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur. Bir neçə gün öncə sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq, rayon icra hakimiyyətinin rəhbərliyi adıçəkilən kəndlərə baş çəkib, örüş yerlərini özbaşına zəbt edən, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüşüb.

Bu barədə İsmayıllı rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan Lent.az -a verilən məlumatda bildirilib.

Karantin qaydalarına əməl olunaraq keçirilən görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, həmçinin bunlara şərait yaratmaq və ya göz yummağın qanuna zidd olduğu izah olunub, maarifləndirmə aparılıb.

Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanunun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

Xüsusi ilə vurğulanıb ki, cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.
Qanunsuz zəbtdən azad olunmuş torpaq sahələri yenidən təyinatı üzrə ümumi istifadəyə verilib. Bu cür özbaşınalıqların aradan qaldırılması üçün qanunvericiliyə əsaslanan maarifləndirmə və bələdiyyələrin rəhbərliyi ilə görülən tədbirlər davam etdiriləcək.(Lent.az)
İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı
İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı
İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı
İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı
İsmayıllıda zəbt olunan örüş yerləri sakinlərə qaytarıldı

Son xəbərlər

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Bütün xəbərlər