Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi ölüb. Bu məlumatı Qarabağ separatçı-terrorçu rejimi yayıb. Məlumata görə, 2000-ci il təvəllüdlü Henrix Aramyan adlı hərbçi hərbi hissələrdən birində naməlum şəraitdə aldığı güllə yarasından ölüb.