gundem
23.09.2019, 10:16
Qarabağda erməni əsgəri ölümcül yaralandı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Hayk Xaçatryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
"dogruxeber.tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Dağlıq Qarabağın şimal-şərqində baş verib.
Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.
Hospitala yerləşdirilən hərbçinin vəziyyətinin ağır olduğu bildirilib. Məlumata görə, H.Xaçatryanın görməsində problem var.


