hadise
13.02.2019
Qarabağda erməni əsgər ürək tutmasından öldü

Dağlıq Qarabağda işğalçı ordunun hərbçisi, 19 yaşlı Frunzik Tamazyan Ağdərədə xəstəxanada ürəyin dayanmasından ölüb.
dogruxeber.tv “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qoşunların təmas xəttinin şimal-şərq istiqamətində hərbi hissələrdən birində müddətli hərbi xidmətdə olan əsgər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ona “kəskin ürək çatışmazlığı” diaqnozu qoyublar.
“Həkimlərin səylərinə baxmayaraq, təxminən saat 20:30-da hərbçinin bioloji ölümü qeydə alınıb”, – məlumatda deyilir.
Hadisənin təfərrüatları araşırılır.


