dunya
22.05.2020
İtaliyada Etna vulkanı püskürüb

İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən iri vulkanı hesab olunan Etna püskürüb.
dogruxeber.tv bildirir ki, vulkan 4,5 kilometr hündürlüyədək kül sovurub. Püskürmə 3 saat ərzində davam edib.Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahaidəsi altında olsa da, adətən püskürmələr əhaliyə ciddi təhlükə törətmir.(Sfera.az)


