dunya
23.05.2020, 17:38
İranda koronavirusa 1869 nəfər yoluxdu

İranda son sutka ərzində koronavirusa 1869 nəfər yoluxub.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur deyib. O, bununla koronavirusa yoluxanların sayının 133521 nəfərə çatdığını bildirib.
Koronavirusdan indiyə qədər 104072 nəfərin sağaldığı vurğulanıb. Bu virusdan ölənlərin ümumi sayı 7359 nəfər təşkil edib.


