iqtisadiyyat
29.05.2020, 11:04
Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,41 ABŞ dolları, yaxud 9,7% artıb.
dogruxeber.tv Metbuat.az-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 38,54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


