ABŞ Konqresinin üzvləri Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib













Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvləri, Nümayəndələr Palatasında Kaliforniya ştatını təmsil edən nüfuzlu respublikaçı Pol Kuk və Arizona ştatını təmsil edən respublikaçı Pol Qosar ADR-in 102-ci ildönümü ilə bağlı bəyanat verib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatlarda Azərbaycanın 1918-ci il 28 mayda Müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika qurduğu vurğulanıb.

1920-ci ildə Sovet İttifaqına daxil edilən Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etdiyi və ABŞ tərəfindən tanındığı qeyd olunub. 1992-ci ildə ABŞ-la qurulan diplomatik əlaqələrin və tərəfdaşlığın bugünədək uğurla davam etdiyi bildirilib.

Bəyanatlarda həmçinin Azərbaycanın enerji təhlükəsizliyi, ikitərəfli ticarət və investisiyanın artırılması, transmilli təhdidlər və terrorçuluqla mübarizə sahələrində ABŞ-la birgə işlədiyi, Azərbaycan əsgərlərinin Əfqanıstan, İraq və Balkanlardakı əməliyyatlarda ABŞ əsgərləri ilə birgə iştirak etdiyi, 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın ABŞ-a dəstək göstərən ilk dövlətlərdən olduğu vurğulanıb.

P.Kuk öz bəyanatında həmçinin Azərbaycanın ABŞ-ın müttəfiqləri, xüsusilə İsraillə əlaqələrinə vurğu edərək ölkələr arasındakı iqtisadi və təhlükəsizlik sahəsindəki tərəfdaşlığı təqdir edib, İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini qeyd edib.

Bəyanatda Azərbaycanın Avropada enerji marşrutlarının müxtəlifləşdirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsindəki önəmli rolu, xüsusilə Cənub Qaz Dəhlizi layihəsindəki aparıcı rolu vurğulanıb.

Bundan əlavə, dünyəvi dövlət olan və əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda yəhudu və xristian icmalarının birgə yaşadığını bildirən P.Kuk ölkəmizdəki dini dözümlülük ənənələrini təqdir edib.

P.Qosar isə bəyanatında Azərbaycanın regionda azadlıq nümunəsi kimi parladığını və azadlıq naminə müasir problemlərin həllində göstərdiyi qətiyyəti ön plana çəkib.

Sonda Konqres üzvləri bir daha Azərbaycan xalqına ən xoş arzularını çatdırıb və ölkələrimiz arasında davamlı tərəfdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində çalışmağa hazır olduqlarını ifadə edib.
(Ona.az)

Son xəbərlər

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Bütün xəbərlər