Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir












Regionlarda dayanıqlı rabitə və yüksəksürətli internet üçün işlər davam edir.

dogruxeber.tv bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionları əhatə edən xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirir.
(Qafqazinfo.az)
Xidməti ərazilərdə, regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi istiqamətində bütün mövcud resurslardan istifadə olunur. Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur.

Əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda olan xətt şəbəkə infrastrukturu layihəsi hazırlanıb. İlkin mərhələdə 4 regionda ən son texnologiyalardan olan GPON texnologiyasının tətbiqi ilə Gəncə, Sumqayıt, Abşeron və Masallıda infrastruktur yenidən qurulur. İşlər bitdikdən sonra növbəti fazada digər regionlarda da bu texnologiyaların qurulmasına başlanacaq.

Eyni zamanda telefonlaşmayan və çətin relyefli xidməti ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün pilot layihə olaraq, 2018-ci ildə Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə LTE qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.

Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər