gundem
11.06.2020, 11:46
Vilayət Eyvazov onu rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
dogruxeber.tv Hurriyyet.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə təyin olunub.
O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.


