hadise
15.06.2020
Azərbaycanda zəlzələ olub

İyunun 15-də Gəncə stansiyasından 47 kilometr şimalda, Samux ərazisində 3 bal gücündə zəlzələ olub.
dogruxeber.tv xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də qeydə alınıb.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.


