sosial
15.06.2020, 16:46
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olundu
![]()
Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.
dogruxeber.tv “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Aparat rəhbəri Natia Mezvrişvili bildirib.
Onun sözlərinə görə, bu gündən kəndə giriş-çıxış bərpa olunub.
Qeyd edək ki, Getada COVID-19-a son yoluxma halı mayın 16-da qeydə alınıb. Kənddə sərt karantin rejimi mayın 15-dən etibarən tətbiq olunurdu.


