hadise
15.06.2020, 11:21
"Ümid edək, amma vəziyyəti yaxşı deyil" - Tahir İmanov Bəhram Bağırzadənin vəziyyətindən danışdı / FOTO

COVİD 19-a yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.
dogruxeber.tv bildirir ki, Bəhram Bağırzadənin hal-hazır ki vəziyyəti ilə bağlı jurnalist Fərid Azəri "Facebook" səhifəsində məlumat verib.
"İndicə Tahir İmanov ilə danışdım. Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur. O, əlavə açıqlama vermədi: "Xahiş edirəm, məni üzrlü hesab edəsiniz. Əlavə heç bir məlumat verə bilməyəcəyəm. Sadəcə, yaxşıya ümid edək, amma vəziyyəti yaxşı deyil" - o yazıb.
Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
(Metbuat.az)


