Nabranda vurulan piyada öldü

Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayonu ərazisində naməlum sürücünün 2 piyadanın vurub qaçması ilə bağlı məlumatlar yayılıb.
dogruxeber.tv xəbər verir ki, Baş Prokurorluqdan Lent.az -a bildirilib ki, rayonun prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, iyunun 15-də, saat 22 radələrində, Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazov və Nurməhəmməd Seyidəliyevi vurub. Nəticədə N.Seyidəliyev aldığı xəsarətlərdən vəfat edib, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


