Göygöldə qəza törədib hadisə yerindən qaçan sürücü tutulub














Göygöldə qəza törədib hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluqdan dogruxeber.tv-a verilən məlumata görə, Göygöl rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 15-də, saat 18 radələrində Göygöl rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “VAZ 2121” markalı avtomobillə ötmə əməliyyatı zamanı idarəetməni itirib onunla eyni istiqamətdə hərəkətdə edən sürücü Cavad Kərimovun idarə etdiyi 99-HM-929 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq dərəyə aşması nəticəsində avtomobilində olan sərnişinlər Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, Gülnur Qocayevanın isə ölümünə səbəb olması, daha sonra onun hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./Trend

Oxunub: 737

Son xəbərlər

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Bütün xəbərlər