Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur - Yeni qaydalar




Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa ediləcək. Qərara əsasən uçuşlar xüsusi qaydalarla həyata keçiriləcək.

dogruxeber.tv bildirir ki, Azərbaycan Hava Yolları QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Trend-ə açıqlamasında iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuşun baş tutacağını deyib.

"Həmin gün saat 15:00-da ikinci uçuş baş tutacaq. Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlik olsa da uçuşlar zamanı 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təcrid edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”, - o bildirib.

Beləliklə, təyyarədə arxadakı 2 sıra oturacaqlara bilet satılmayacaq, bu yerlər boş saxlanılacaq. Təyyarə havaya qalxandan sonra sərnişinlərdən kimdəsə virus simptomu aşkar olunarsa, sərnişin təyyarə heyəti tərəfindən digər sərnişinlərdən təcrid ediləcək.

Naxçıvan reysi ilə getmək istəyən sərnişinlər hava limanının ərazisinə xüsusi qaydalar əsasında buraxılacaqlar. Belə ki, Bakı-Naxçıvan reysinə bilet alan sərnişinlər həmin reys üzrə təyyarəyə minik başlanandan sonra Bakı Beynəlxalq Hava Limanının platformasına daxil olacaqlar. Liman ərazisinə daxil olan şəxs öncə qoruyucu maska ilə təmin edilərək yoxlanışdan keçiriləcək. Yoxlanışdan keçəndən sonra sərnişin təyyarəyə buraxılacaq.

Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlər üçün yeni qaydalardan biri də sərnişinin uçuşdan qabaq COVİD-19 testindən keçirilməsidir. Bu isə sərnişin bilet alarkən həyata keçiriləcək. Belə ki, hər hansısa bir sərnişin onlayn qaydada bilet sifariş verərkən ona COVİD-19 testindən keçmək tövsiyə ediləcək. Bilet alan sərnişinə COVİD-19 testindən keçmək üçün loboratoriya ünvanı və testdən keçmək üçün müddət müəyyən ediləcək. Sərnişin təyinat üzrə həmin müəssisəyə gedərək orada testdən keçiriləcək və həmin testin nəticələri birbaşa hava limanına göndəriləcək. Testin nəticəsi müayinədən keçdiyi andan sonra 48 saat etibarlı hesab ediləcək. Yəni, testdən keçən sərnişin 48 saatdan gec olmayaraq həmin reyslə getməlidir. Əks halda, sərnişinin keçdiyi COVİD-19 testinin nəticəsi etibarsız hesab ediləcək və o, uçuş üçün yenidən test edilməlidir. Sərnişinlər üçün COVİD-19 testi pulsuz olacaq. Uçuş zamanı COVİD-19 testindən keçən sərnişin təyyarədən düşəndən sonra karantinə alınmayacaq və sərbəst buraxılacaq.

Məlumata görə, iyunun 18-dən etibarən Bakı-Naxçıvan reysi üzrə uçuşlar həftədə 2 dəfə keçiriləcək. Növbəti mərhələdə isə uçuşların sayı artırılacaq.
(Axar.az)

Son xəbərlər

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Bütün xəbərlər